Azərbaycan XİN başçısının müavini Ukraynada səfərdədir

Azərbaycan XİN başçısının müavini Ukraynada səfərdədir

Aprelin 23-də Kiyevdə GUAM Milli Koordinatorları Şurasının növbəti iclası keçirilir.

Aktual.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanı iclasda Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
GUAM Milli Koordinatorları Şurasının iclası çərçivəsində Ukraynanın Xarici İşlər nazirinin müavini Vasili Bodnar ilə Mahmud Məmmədquliyev arasında görüş keçirilib. 
Görüşdə iki ölkə arasında, o cümlədən nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR