Azərbaycan XİN başçısı rusiyalı həmkarını məlumatlandırıb

Azərbaycan XİN başçısı rusiyalı həmkarını məlumatlandırıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovu ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi sonuncu görüş barədə məlumatlandırıb.

Aktual.az xəbər verir ki, bu, Elmar Məmmədyarovun mayın 19-da S. telefon söhbəti zamanı olub. 
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər. E.Məmmədyarov həmkarına ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi ən son videokonfrans formatında görüşü barədə məlumat verib.
Qeyd edək ki, E.Məmmədyarov mayın 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti(Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüş keçirib. 
Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR