Azərbaycan Qran-prisinin ləğv səbəbi açıqlandı

Azərbaycan Qran-prisinin ləğv səbəbi açıqlandı

"Formula 1"in rəsmi saytı Azərbaycan, Sinqapur və Yaponiya Qran-prilərinin ləğvinin səbəbini açıqlayıb.

"Report"un məlumatına görə, bu addımın promouterlərin sözügedən ölkələrdə müxtəlif problemlərlə üzləşmələri ilə əlaqədar atıldığı bildirilib.

Qeyd olunub ki, Sinqapur və Azərbaycanda küçə traslarının qurulması uzun müddət tələb edir. Bu da qeyri-müəyyənlik dövründə tədbirlərin keçirilməsinə imkan vermir. Yaponiyada isə səyahət məhdudiyyətləri yarışın davam etdirilməməsi qərarına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli olsa da, qeyri-müəyyən müddətədək təxirə salınmışdı. Bu gün isə yarışın ləğv olunduğu açıqlanıb.
Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR