“Azərbaycan “Putin İttifaqı”na qoşula bilər”

“Azərbaycan “Putin İttifaqı”na qoşula bilər”

Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) yə üzv ola bilər.

Aktual.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalistlərlə görüşü zamanı iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.

“"Biz səmərəli birliklərdə iştirak etməyimizi istisna etmirik. İlk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik. Məsələn, biz Ümumdünya Ticarət Təşkilatında iştirakımızın nə dərəcədə səmərəli olduğunu təhlil edirik. Buna görə, Azərbaycanın Aİİ-də və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır", - Həsənova vurğulayıb.

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR