Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i, "Keşlə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası:
  • İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Görüşlərdən biri Bakıda, digəri isə Qəbələdə olacaq.
Turun ilk matçında autsayder "Qəbələ" "Səbail"i qəbul edəcək. Əyalət təmsilçisi 6 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Paytaxt komandası isə 11 xalla 5-ci yerdə gedir. Çempionatın ilk dövrəsindəki matç heç-heçə ilə yekunlaşıb - 1:1.
Komandalar Premyer Liqada 9 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 2-də isə paytaxt klubu qələbə qazana bilib. Topların fərqində də "Qəbələ" üstündür - 15:9. Rəqiblər arasındakı son iki oyunda hər iki kollektiv qol vurub. "Qəbələ" öz meydanında "Səbail"ə heç vaxt uduzmayıb.
Günün digər oyununda qonşu pillələrdə qərarlaşan "Neftçi" və "Keşlə" komandaları üz-üzə gələcək. Meydan sahihi flaqman 18 xalla ikinci, "Keşlə" isə 16 xalla üçüncü yerdədir. Birinci dövrədəki matçda qapılara qol vurulmayıb.
Komandalar Premyer Liqada 60 dəfə qarşılaşıblar. "Neftçi" 31, "Keşlə" isə 14 görüşdə meydanı 3 xalla tərk edib. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 90:58. "Keşlə" 5 matçdır ki, rəqibinə qol vura bilmir, əvəzində qonaqlar 7 səfər oyununu qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
XI tur
9 noyabr
15:00. "Qəbələ” – "Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
17:00. "Keşlə” – "Neftçi”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"ASCO Arena”
Qeyd edək ki, XI tura noyabrın 10-da keçiriləcək "Qarabağ" - "Zirə" və "Sabah" - "Sumqayıt" matçları ilə yekun vurulacaq. 
Xəbər 29 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR