Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ

Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzaladı:

Son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq
Ə M R E D İ R Ə M :
I Divizionun XX, Premyer Liqanın XXI, XXII turları təxirə salınsın.
Bakı şəhəri, 13 mart 2020-ci il
PFL-in prezidenti Ramin Musayev
Qeyd edək ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR