Azərbaycan ordusunun yaraladığı erməni hərbçilərinin vəziyyəti ağırdır

Azərbaycan ordusunun yaraladığı erməni hərbçilərinin vəziyyəti ağırdır

Ötən gün Azərbaycan Ordusunun cavab zərbələri nəticəsində yaralanan 3 erməni hərbçidən ikisinin vəziyyəti ağırdır. 

Aktual.az azvision-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Xankəndi hərbi hospitalından bildiriblər ki, başından yaralanan hərbçinin vəziyyəti kritik ağır olaraq qalır. İkinci erməni hərbçinin vəziyyəti də ağır olaraq qiymətləndirilir. Tənəffüs cihazına bağlanan 3-cü hərbçinin vəziyyətində heç bir dəyişiklik yoxdur. O, ayaq nahiyyəsindən yaralanıb.

Xatırladaq ki, dünən Azərbaycan ordusunun cavab zərbələri nəticəsində 3 erməni hərbçi - Robert Novruz Qasparyan (1969-cu il), Hambardzum Karapet Harutyunyan (1997-ci il) və Vahe Qaqik Bağdalyan (1998-ci il) yaralanıb. Düşmən tərəfi çox saylı itkilər versə də, bunu gizlətməyə çalışır.

Aktual.az
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR