Azərbaycan Gürcüstanın siyahısında gerilədi

Azərbaycan Gürcüstanın siyahısında gerilədi

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 571 milyon 363,2 min dollar təşkil edib. 

Aktual.az-ın məlumatına görə, APA Gürcüstan Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu ölkənin ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,3% təşkil edir.

Cari ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana 131 milyon 174,5 min dollar məbləğində məhsul ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 milyon 625,1 min dollar və ya 43,41% azdır. 

Bu rəqəm Gürcüstanın ümumi xarici ticarətində ixracın 6,8%-ni təşkil edir. Hesabat dövründə Azərbaycandan Gürcüstana 440 milyon 188,7 min dollar dəyərində məhsul ixrac edilib. 

Bu rəqəm isə Gürcüstanın ümumi idxalının 4,9%-ni təşkil edir. 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə isə bu rəqəm 50 milyon 127,3 min dollar və ya 10,22% azdır.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları ölkələri arasında 6-cı yeri tutur. Bu ilin əvvəlində isə ölkəmiz Gürcüstanın əsas ticarət tərəfdaşları olan ölkələrinin siyahısında 3-cü yerdə idi.
 
Aktual.az
Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR