Azərbaycan Gürcüstanın Dmanisi rayonuna ərzaq yardımı etdi

Azərbaycan Gürcüstanın Dmanisi rayonuna ərzaq yardımı etdi

Azərbaycanın Gürcüstandakı səfirliyi azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda yaşayan 100 aztəminatlı ailəyə ərzaq yardımı edib.

"Report”un yerli bürosu xəbər verir ki, ərzaq bağlamaları Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşviliyə təqdim olunub.
Rayon rəhbəri və Kvemo Kartli qubernatoru Şota Rexviaşvili sosial aksiyaya görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.
Qeyd edək ki, bundan öncə Azərbaycan səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin maliyyə dəstəyi ilə Gürcüstanın bir sıra bölgələrinə 1 300 sosial təminatsız ailə üçün nəzərdə tutulan ərzaq yardımı təqdim olunub. 
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR