Azərbaycan dünyanın ən böyük dövlətləri üçün ciddi strateji tərəfdaşdır

Azərbaycan dünyanın ən böyük dövlətləri üçün ciddi strateji tərəfdaşdır

28 May - Respublika günü münasibətilə xarici ölkələrin dövlət başçıları tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktublarda göstərilən, qeyd edilən məqamlar bir daha onu söyləməyə əsas verir ki, ölkəmiz dünyanın ən böyük, ən fövqəl dövlətləri üçün də ciddi strateji tərəfdaşdır, Azərbaycanın nüfuzu yetərincə böyükdür və hər kəs bizimlə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda Prezident İlham Əliyevin personasına verilən yüksək dəyər və qiymət də məlum münasibətin əsas istiqamətlərindən biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, təbrik məktublarında müsbət məqamlar xüsusi formada sezilir: "Hətta onlardan bir neçə sitat gətirmək istəyirəm. Məsələn, ABŞ Prezidenti Co Bayden qeyd edir ki, dünya ölkələri təhlükəsizlik, enerji, demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylər göstərir və ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il isə Xəzərdəki yatağın Türkmənistanla bağlı işlənməsinə dair Memorandumun imzalanması Azərbaycanın Avropanın enerji şaxələndirməsinə verdiyi töhfədir. Eyni zamanda Bayden xüsusi vurğu ilə bildirib ki, Azərbaycan 20 ildir ki, terrorla mübarizə sahəsində NATO-ya ciddi dəstək verir. Və ya Almaniya Prezidentinin fikirlərindən bir nümunə səsləndirim. Cənab Ştaynmayer bildirir ki, COVİD-19-a qarşı mübarizədə Azərbaycan çox böyük səylər, təşəbbüslər göstərib.

Bu sitatları çəkməkdə məqsədim və demək istədiyim budur ki, ölkəmizin imici yetərincə yüksəkdir və xarici dövlət başçıları tərəfindən səslənən xoş, müsbət fikirləri də sadaladıqca bitməz. Onlar hər məqamda Azərbaycan və onun rəhbəri, Prezident İlham Əliyevin qlobal siyasətdəki mühüm rolunu, nüfuzunu xüsusi qeyd edirlər. Bu da son dərəcə qürurverici bir haldır”.
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR