Azərbaycan Cənub-Şərqi Anadoludan 2 milyon dollarlıq xalça idxal edib

Azərbaycan Cənub-Şərqi Anadoludan 2 milyon dollarlıq xalça idxal edib

Bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 2,067 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
Aktual.az bu barədə Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçıları Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 % çoxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 699,520 milyon dollarlıq xalça ixrac edilib ki, bu da illik müqayisədə 9,3 % azdır.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük xalça ixrac Amerika qitəsinə (219,957 milyon ABŞ dolları; 22,7 % az) həyata keçirilib. Onu Yaxın Şərq ölkələri (200,846 milyon ABŞ dolları; illik müqayisədə 39,6 % az) və Avropa İttifaqı (Aİ) ölkələri (93,616 milyon ABŞ dolları; illik müqayisədə 29 % az) izləyib.
Xatırladaq ki, bu il yanvar-may aylarında Azərbaycan (Naxçıvan MR) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 34,071 milyon ABŞ dolları dəyərində mal idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR