Azərbaycan bu sahədən 5,5 milyard dollardan çox gəlir qazandı

Azərbaycan bu sahədən 5,5 milyard dollardan çox gəlir qazandı

2016-cı ildə dünya bazarlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və dövlətin payına düşən 127,38 milyon barrel neft satılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın 2016-cı ildə hasilat sənayesində şəffaflıq haqqında yekun hesabatda deyilir.
Satılan neftin ümumi məbləği 5,53 milyard dollar təşkil edib.

Azərbaycan neftinin 2016-cı ildə ən iri alıcıları "Exxon" (631,78 milyon dollar məbləğində 14,55 milyon barrel), TOTSA (421,1 milyon dollar məbləğində 10,46 milyon barrel), ENI (305,76 milyon dollar məbləğində 7,38 milyon barrel), "Petrofag" (246,57 milyon dollar məbləğində 5,86 milyon barrel), "Glencore" (239,13 milyon dollar məbləğində 5,29 milyon barrel) və BP (181,18 milyon dollar məbləğində 3,89 milyon barrel) şirkətləri olub.
 

Aktual.az

Xəbər 131 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR