Azərbaycan bu il maye qazın ixracını 70%-dan çox azaldıb

Azərbaycan bu il maye qazın ixracını 70%-dan çox azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 12 891,4 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 73,2% azdır.
Aktual.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 4 511,5 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 65,2% azdır.
Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.


Xəbər 628 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR