Azərbaycan beş məhkumu geri qaytardı

Azərbaycan beş məhkumu geri qaytardı

Bu il ərzində Azərbaycandan ölkələrinə təhvil verilən məhkumların sayı açıqlanıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, cari il ərzində (01.12.2015-ci il tarixədək) 5 məhkum cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün təhvil verilib.

Məlumata görə, təhvil verilən şəxslərdən 2 nəfəri Rusiya Federasiyası, 3 nəfər isə Türkiyə Respublikasının vətəndaşıdır.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR