Azər Allahverənovun Kürdəxanı qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib - FOTOLAR

Azər Allahverənovun Kürdəxanı qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib - FOTOLAR

2024-cü il sentyabrın 1-də keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi sürülmüş Azər Allahverənovun Kürdəxanı qəsəbəsində yaşayan seçicilərlə say etibarilə üçüncü görüşü keçirilib.
Aktual.az xəbər verir ki, qəsəbə sakini Yamin Nəzərov millət vəkilliyinə namizəd Azər Allahverənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəxanı qəsəbəsinin sakinləri ilə keçirdiyi görüşlərə nəzər salıb və bu ərazidə yaşayan qəsəbə sakinlərinin rifahının yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması və digər sosial əhəmiyyətli məsələlərə dair təkliflərlə çıxış edib.
Seçkiqabağı platforması barədə danışan Azər Allahverənov əvvəlki görüşlərdə sakinlər tərəfindən səsləndirilən məsələlərin həlli ilə bağlı fikirlərini açıqlayıb və seçildyi təqdirdə həmin istiqamətlərdə fəaliyyətlərinin necə təşkil edəcəyi barədə danışıb. Qəsəbə sakinləri qarşıdan gələn seçkilərdə fəal olacaqlarını qeyd etdilər.



Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR