“Az qala 60 yaşa çatmısan, amma 60 qram ağlın yoxdur” – Deputatdan Əli Kərimliyə sərt sözlər!

“Az qala 60 yaşa çatmısan, amma 60 qram ağlın yoxdur” – Deputatdan Əli Kərimliyə sərt sözlər!

"Əli Kərimlinin boykot çağırışı və insanları seçkiyə gəlməməyə səsləməsi cılızlığın və ləyaqətsizliyin növbəti əlamətidir. Eyni zamanda AXCP sədrinin nə qədər bəsit biri olmasının göstəricisidir”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Utanmır-qızarmır. Adını kişi qoyub. Amma dovşan kimi ağac dibində gizlənir, gizləndiyi yerdən mırıldayır, üzə çıxmır, ancaq  AŞPA-ya, ATƏT-ə, Qərbə, Fransaya, Ermənistana azarkeşlik eləməklə işini bitmiş sayır. Və guya bu müxalifətdir!

Hünərin vardı, qoşulardın seçkiyə, mübarizə aparardın. Amma qoşulmadın. Bilirsənmi niyə? Çünki gözəl anlayırdın ki, Partiyanın qeydiyyatı üçün 5004 nəfər adamı güclə tapa bildiyin halda namizədliyin qeydiyyatı üçün tələb olunan 40 min səsi əsla və əsla yığa bilmərsən. Sən gözəl bilirdin ki, Gültəkin kimi satqınla, Fuad kimi başıpozuqla, Həzi kimi hərdəmxəyalla nəinki seçkiyə, heç pərdə asmağa belə getmək olmaz. Ona görə də həmişəki kimi "feysbuk”a sığındın, monitor qarşısından yarım metr də olsun kənara adlamağa cəsarət etmədin, qorxaqlar, namərdlər kimi daldadan iş gördün, eyvandan hürdün, hər cür şərəfsizliyə imza atdın.

Az qala 60 yaşa çatmısan, amma 60 qram ağlın yoxdur. Çiy qalmısan. Çürümüsən. Üfunət qoxursan. Həm varlığınla, həm açıqlamalarınla, həm də kiflənmiş təfəkkürünlə!” – deyə Partiya sədri fikirlərinə davam edib.
Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR