Aygün İlhaməni "işverən" adlandırdı - "O "şantajyor"du"

Aygün İlhaməni

Xalq artisti Aygün Kazımova həmkarı İlhamə Quliyevaya yenidən söz atıb. Aktual.az xəbər verir ki, müğənni primetime.az-a müsahibəsində İlhamə Quliyevanı tanımadığını bildirib:

“İlhamə Quliyeva? O kimdir?" Aygün Kazımova daha sonra “ Yox bir, yeraltı və yerüstü sərvətimiz!”,-deyərək İlhamə Quliyevanın titullarına ilişib. Xalq artisti primadonnanın Fikrət Əmirov mahnılarını başqa müğənnilərə qadağa qoymasına da münasibət bildirib:

“İlhamə Quliyevanın qadağa qoymağa nə ixtiyarı çatır? Qoy o, əsl sənəti ilə məşğul olsun. Yəni, adam yedizdirməklə, tutdurmaqla, iş verməklə və sosial şəbəkədə montaj olunmuş şəkillərini yaymaqla... İlhamə Quliyevanın adı kriminal aləmində səslənir. O, gedib baltalamağında olsun. Amma bu dəfə kimisə deyil, başına bəla olan dilini... Gedib mənə yox, özünə qadağa qoysun. Gəlin mövzunu dəyişmədən yaradıcılığımla bağlı söhbəti davam etdirək".

// Aktual.az

Xəbər 14714 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR