"Avtoş" dayanmadı - 4 yol polisi yaralandı


Çində polislə taksi sürücüsü arasında dəhşətli anlar yaşanıb.

Aktual.az atv.az-a istinadən xəbər verir ki, yol hərəkət qaydalarını pozan gənc, yol polisinin “saxla” əmrinə məhəl qoymayıb. O, aradan çıxmağa çalışıb. Dərhal hərəkətə keçən təhlükəsizlik əməkdaşları avtomobili təqib etməyə başlayıb. Çinli gənc nəinki maşını saxlayıb, əksinə sürəti daha da artırıb.

Nəticədə bir neçə dəfə qəza törədən şəxs, digər avtomobilləri və bir motosikleti əzib. Polislər maşının şüşələrini sındıraraq sürücünü zərərsizləşdirmək istəsə də buna nail ola bilməyiblər. Əsəblərinə hakim ola bilməyən gənc, maşını onların üzərinə sürüb. Nəticədə 4 polis yaralanıb.

Bir neçə saat davam edən təqibdən sonra nəhayət taksi sürücüsünü yaxalamaq mümkün olub. Polis nəzarətinə götürülən şəxsin neçə il çəza alacağına məhkəmə qərar verəcək.

// Aktual.az 

Xəbər 7981 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR