Avstraliyada yaşayan azərbaycanlılar aksiya keçiriblər

Avstraliyada yaşayan azərbaycanlılar  aksiya keçiriblər

Avstraliyanın paytaxtı Kanberra şəhərində yaşayan bir qrup azərbaycanlı və burada təhsil alan tələbələr Avstraliya parlamentinin binası qarşısında aksiya keçiriblər.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, aksiya zamanı erməni tərəfinin işğal altında saxladığı ərazilərdə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamasına etiraz edilməsi üçün Avstraliya parlamentinə çağırış edilib.

Qeyd edilib ki, Ermənistanın BMT-nin müvafiq 4 qətnaməsinə indiyədək əməl etməməsi Avstraliya hökumətinin daim diqqətində olmalıdır. Aksiyada "Avstraliya ictimaiyyətinə Qarabağla bağlı əsl həqiqətlər çatdırılmalıdır", "Avstraliya Ermənistanın təcavüzkarlığını qınamalıdır" və digər şüarlar qaldırılıb.

Sonda Kanberrada yaşayan azərbaycanlı tələbə Sevin Ərdəbilli piketin qətnaməsini oxuyub.

Xəbər 1755 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR