Avrozonada inflyasiya azalıb

Avrozonada inflyasiya azalıb

Yanvar ayında Avrozonada istehlak qiymətləri indeksi illik ifadədə 8,5 faiz təşkil edib.
Aktual.az xəbər verir ki, Avropa İttifaqı Statistika orqanının ilkin hesablamalarına əsasən, bu, Avrozonada inflyasiyanın dekabr ayı ilə müqayisədə 0,7 baza bəndi azalaraq 2022-ci ilin may ayından bəri ən aşağı həddə düşməsi deməkdir. Ekspertlər inflyasiyanın 0,2 baza bəndi azalmaqla 9 faiz təşkil edəcəyini proqnozlaşdırırdılar.
"Eurostat" bildirir ki, Almaniyada baş verən texniki problemə görə yanvar ayına dair inflyasiya göstəricilərini vaxtında almaq mümkün olmayıb. Buna görə Almaniya üzrə inflyasiyanı qurum öz proqnozu əsasında qəbul edib.
Yanvar ayında Avrozonada enerji daşıyıcılarının qiymət artımı dekabrdakı 25,5 faizdən 17,2 faizə, xidmətlərin qiymət artımı 4,4 faizdən 4,2 faizə qədər zəifləyib. Əvəzində ərzaq məhsulları, tütün məmulatları və alkoqollu içkilərin qiyməti dekabrdakı 13,8 faizdən yanvarda 14,1 faizə, sənaye məhsullarının qiyməti isə 6,4 faizdən 6,9 faizə yüksəlib.
Ərzaq məhsulları və enerji daşıyıcıları nəzərə alınmadan istehlak qiymətləri ötən ay illik ifadədə 5,2 faiz bahalaşıb. Avrozona ölkələrindən Fransa və İspaniyada inflyasiya illik ifadədə sürətlənib, İtaliyada isə azalıb.


Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR