Avropanı sarsıdacaq hadisə - Sorosdan XƏBƏRDARLIQ

Avropanı sarsıdacaq hadisə   - Sorosdan XƏBƏRDARLIQ

Yaxın gələcəkdə Avropanı mühacirlərlə əlaqədar yeni sarsıntılar gözləyir. 

Aktual.az oxu.az-a istinadən bildirir ki, bu barədə milyardçı Corc Soros "Corriere della Sera"ya verdiyi müsahibədə bildirib. 

Sorosun fikrincə, mühacir böhranı azalır, amma bu müvəqqətidir. Tezliklə qaçqınların siyahısı yenidən artacaq, avropalıların onlara münasibəti isə pisləşəcək. 

Avropa İttifaqı, əsasən, mühacirlərlə əlaqədar "ölümcül təhlükədədir", buna görə də bu problemi təcili həll etmək lazımdır.

Milyardçı hesab edir ki, Türkiyədə çevriliş cəhdi qeyri-müəyyənliyi artıracaq və Brüssel ilə Ankara arasında səmərəliliyinə, onsuz da, şübhə edilən sazişi çətinləşdirəcək.  

Xəbər 910 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR