Avropada bütün yarışlar sentyabra qədər dayandırıla bilər

Avropada bütün yarışlar sentyabra qədər dayandırıla bilər

Koronavirus epidemiyasına görə dayandırılmış Avropa turnirləri sentyabrdan tez olmayaraq davam etdirilə bilər.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə "The Independent” bildirib.
Qeyd edilir ki, İngiltərə Premyer Liqası və başqa Avropa liqalarının rəhbərləri çempionatların sentyabra qədər yenilənməməsinə hazırdır. UEFA AVRO-2020-ni təxirə salmağa və bütün qitə üzrə futbol matçlarının keçirilməsini dayandırmağa hazırdır.
Daha əvvəl bildirilirdi ki, UEFA 17 martda keçiriləcək konfransda Avropa çempionatının 2021-ci ilə təxirə salınması haqqında rəsmi qərarı elan edəcək. 
Xəbər 777 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR