Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək
  • DÜNYA

 Avropa İttifaqının Brüssel zirvə görüşünün iştirakçı ölkələri Ukraynanın Azov dənizindəki hadisə nəticəsində zərər çəkən bölgələrinə yardım təklifi irəli sürəcək, lakin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə razılıq verməyəcək.

"Report” "Euractiv”ə istinadən xəbər verir ki, sammitin nəticələrinə dair layihəyə əsasən, üzv dövlətlər arasındakı fikir ayrılıqları üzündən Rusiyaya qarşı yeni sanksiyalar məsələsinə yer ayrılmayıb.
Belə ki, bəzi ölkələr tərəfindən yeni sanksiyalara çağırışa baxmayaraq, bu barədə razılığa nail olunmadığından mövcud sanksiyaları davam etdirməyə üstünlük veriləcək.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR