Aviaşirkətlərimiz Ermənistana 90 min avro ödəyib

Aviaşirkətlərimiz Ermənistana 90 min avro ödəyib

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana və əks istiqamətdə uçuşlar üçün Ermənistana təxminən 90 min avro ödəyib.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
"Nəzərinizə çatdırırıq ki, 2023-cü ildə Azərbaycan aviaşirkətlərinin Ermənistanın hava məkanında aeronaviqasiya xidmətlərindən əldə etdiyi gəlir 90 018,71 avro təşkil edib”, - məlumatda deyilib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları” 2021-ci il oktyabrın 6-dan Bakıdan Naxçıvana sərnişin reysləri həyata keçirmək üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
2022-ci ildə Azərbaycanın milli aviadaşıyıcısı AZAL eyni marşrut üzrə uçuşlar üçün Ermənistana təxminən 112 min avro ödəyib.
Xəbər 153 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR