"Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb".
Aktual.az xəbər verir ki, lent.az-a bu barədə Azərbaycan Kikboks Federasiyasının mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib.
İ. Əbilova qeyd edib ki, Eldəniz Məmmədov 8 il qabaq kikboksla məşğul olub: "Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər".
Kikboks Federasiyasının sözçüsü onu da qeyd edib ki, Eldəniz Məmmədov özü ifadəsində idmançı olduğunu deyib: "Mən məsələ ilə bağlı müstəntiqlə də əlaqə saxladım. Onlar bildirdilər ki, bu şəxs ilkin ifadəsində Azərbaycan çempionu olduğunu deyib. Biz KİV-ə bununla bağlı təkzib göndərəcəyik. Eldəniz Məmmədov adda Azərbaycan çempionu yoxdur".
Aktual.az
Xəbər 499 dəfə oxunub.