Aşura günü təxribat törətmək istəyənlər var - Şeyxülislamdan xəbərdarlıq

Aşura günü təxribat törətmək istəyənlər var - Şeyxülislamdan xəbərdarlıq

"Bəziləri Məhərrəm ayında sünni-şiə mövzusu ilə, müəyyən fikir ayrılıqları ilə problemlər yaratmağa, təxribat törətməyə cəhd edirlər".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu təxribatı yaratmaq istəyənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir: "Bu da əlbəttə, yolu xaricdən göstərilən və maliyyələşdirilən bəzi qrupların atdığı addımlardır".
QMİ sədri qeyd edib ki, Azərbaycan cəmiyyəti sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir: "Ölkədə dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır".

Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR