Ağsu meşəsində başlayan yanğın məhdudlaşdırılıb

Ağsu meşəsində başlayan yanğın məhdudlaşdırılıb

Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın başlayıb. 

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Qırlar kəndi yaxınlığında meşə ətrafı ərazidə yanğın olması barədə məlumat daxil olub. 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. 
Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. 
 
Aktual.az
Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR