"Astana" klubunun futbolçusu Azərbaycan millisinə dəvət edilib

  • İDMAN

Əslən braziliyalı futbolçu Riçard Almeyda Qazaxıstan "Astana"sına keçdikdən sonra ilk dəfə Azərbaycan milli komandasına çağırılıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasında Kosovo və Malta yığmalarına qarşı oyunlara çağırılıb.
Baş məşqçi Qurban Qurbanov hələlik sentyabrın 7-də evdə, sentyabrın 10-da isə səfərdə keçiriləcək görüşlər üçün heyəti açıqlamayıb. Bununla belə, artıq legionerlərə dəvət göndərilib.
Qeyd edək ki, Riçard Almeyda "Astana" ilə iyulun 4-də müqavilə bağlayıb. O, 2017-ci ildən çıxış etdiyi Azərbaycan yığmasında hələlik 8 oyun keçirib. 
 
Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR