“ASS”ASC Kənd Təsərrüfatı bitkilərinin sığortası üzrə növbəti böyük sığorta ödənişini həyata keçirib

“ASS”ASC Kənd Təsərrüfatı bitkilərinin sığortası üzrə növbəti böyük sığorta ödənişini həyata keçirib

"Azərbaycan Sənaye Sığorta”ASC Kənd təsərrüfatı bitkilərinin sığortası üzrə növbəti  böyük sığorta ödənişini həyata keçirib.
 
Belə ki, 2016-cı ilin son aylarında Kürdəmir, Beyləqan,İmişli, Ağcəbədi, Bərdə və Tərtər  rayonlarındakı şəkər çuğunduru əkin sahələrinə şaxta nəticəsində ciddi ziyan dəyib. Sahələrə dəymiş zərər üçün çoxsaylı fermerlərə ümümilikdə 508 404  manat sığorta ödənişi həyata keçirilib. 
Məlumat üçün bildirək ki, "Azərbaycan Sənaye Sığorta”ASC tərəfindən bu ilin fevral ayında Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, İmişli, Samux, Tovuz, Tərtər, Biləsüvar və Kürdəmirrayonlarında şəkər çuğunduru əkin sahələrinə dolu nəticəsində dəymiş zərər üçünfermerlərə 205 392 manat, mart ayındaisə 604 267 sığorta ödənişi həyata keçirilmişdir.


Xəbər 318 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR