“ASAN xidmət” mərkəzləri bir gün işləməyəcək

“ASAN xidmət” mərkəzləri bir gün işləməyəcək

“ASAN xidmət” mərkəzlərində 1 gün iş olmayacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən verilən məlumata görə, 26 iyun - Silahlı Qüvvələr günü ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində iyunun 26-ı qeyri-iş günü olacaq.

Vətəndaşlar iyunun 27-dən etibarən “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) işləyir.

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR