AŞ PA: Seçkilər beynəlxalq normalara uyğun keçirildi

AŞ PA: Seçkilər beynəlxalq normalara uyğun keçirildi

Azərbaycanda parlament seçkiləri beynəlxalq normalara uyğun keçirilb, qanun pozuntusu aşkar edilməyib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu AŞ PA Müşahidə Missiyasının rəhbəri Jordi Çukla deyib.

J.Çukla bildirib ki, istər seçkilərə hazırlıq prosesi, istərsə də səsvermə prosesi peşəkar və texniki cəhətdən yüksək səviyyədə keçirilib: "Şəffaflıq təmin olunub. Seçicilər məlumatlandırılıb. Seçki məntəqələrində çox sayda kameralar quraşdırılıb. Bunu yüksək dəyərləndiririk. Səslərin sayılması prosesində də şəffaflıq təmin olunub. Bütün bunlar Azərbaycanın azad və demokratik seçkilər keçirilməsi yolunda atdığı böyük addımlardır, Azərbaycan xalqının iradəsinin qələbəsidir".

Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR