Araz Bayramov Azərbaycan-Avropa Tibb Asossiasiyasının rəhbəri seçildi

Araz Bayramov Azərbaycan-Avropa Tibb Asossiasiyasının rəhbəri seçildi

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uroloq-cərrah Araz Bayramov Azərbaycan-Avropa Tibb Asossiasiyasının sədri seçilib.

Yeni vəzifəsi ilə bağlı ölkə mətbuatına danışan A.Bayramov bildirib ki, asossiasiyanın əsas məqsədi Azərbaycanla avropalı həkimlər arasında qarşılıqlı və faydalı əməkdaşlığa nail olmaq, ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarına dəstək vermək, əhali arasında tibbi maarifləndirmə işləri aparmaq, imkansız xəstələrin müayinə və müalicəsini təşkil etmək məqsədilə xeyriyyə aksiyaları həyata keçirməkdir.

Azərbaycan-Avropa Tibb Asossiasiyasının nəzdində tibbi informasiya portalının yaranacağını deyən A.Bayramovun sözlərinə görə, vaxtaşırı elmi-praktik konfranslar, seminarlar təşkil edəcək və Avropanın tanınmış mütəxəssislərini bu tədbirlərə dəvət edəcəklər: “Planlarımız çoxdur. İnanırıq ki, Azərbaycan-Avropa Tibb Asossiasiyası səhiyyə sahəsində ölkənin ən böyük ictimai təşkilatı olacaq. Bizim məqsədimiz xalqa xidmət etməkdir. Bugünə qədər olan fəaliyyətimiz əminliklə deməyə imkan verir ki, biz bu missiyanın da öhdəsindən uğurla gələcəyik”.

Xatırladaq ki, Dr. Araz Bayramov Fransada təhsil alıb. Fransanın Eduard Herriot adına Mərkəzi Xəstəxanasında çalışıb. ABŞ-ın dünyaca məşhur “Klivlend” və “Amerikan” klinikaları ilə əməkdaşlıq edən Dr. Araz Bayramov Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvüdür.

2010-cu ildə ölkəyə dönən Dr. Araz Bayramov Mərkəzi Gömrük Hospitalı, Oksigen Klinikasında urologiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Hazırda MTN-nin Hospitalı və “Baku Clinc”də işləyir.

Böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirib və 2013-cü ildə Serbiyanın Belqrad şəhərində Avropa Uroloqlar Cəmiyyətinin Şərq toplantısında uğurla təqdim edib.

// Aktual.az

Xəbər 2522 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR