Ancelina Coli və Bred Pitt boşanacaqlarını elan etdilər

Ancelina Coli və Bred Pitt boşanacaqlarını elan etdilər
  • DÜNYA

Ancelina Coli və Bred Pitt boşanacaqlarını elan ediblər.

Biziminfo.com “Zvezda” telekanalına istinadən xəbər verir ki, məşhur aktyorlar boşanma prosesinə start veriblər və hazırda vəkilləri ilə məsləhətləşirlər.

Hollivud ulduzları evli olduqları müddətdə ailə büdcəsinə toplanmış 500 milyon dolları bölməlidirlər. Onların hər sent uğrunda  mübarizə apardığı bildirilir. Ər-arvad artıq Fransadakı qəsrlərini satıblar.

Boşanmaya səbəb onların arasında son vaxtlar baş verən müntəzəm narazılqılar və Bred Pitin fransalı sevgilisinin olmasıdır. Bred Pitt uzun müddətdir aktrisa Marion Kottiyarla sevgi münasibətləri yaşayır.

Bred Pitt boşandıqdan sonra Xorvatiyada yaşamağı planlaşdırır. Ancelina isə öz 6 uşağı ilə ABŞ-da yaşamağa davam edəcək.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR