Ana "iş üçün" qızının çılpaq fotolarını yaydı

Ana

Rusiyanın Novokuznetsk şəhərində 57 yaşlı qadın iki il ərzində qızının çılpaq fotolarını internetə yüklədiyi üçün həbs olunub.

Aktual.az  lent.az-a istinadən bildirir ki, ona qarşı şəxsi həyatın toxunulmazlığını pozma maddəsi ilə ittiham irəli sürülüb.
 
İstintaqla müəyyən edilib ki, qadın qızının adından sosial şəbəkələrdə səhifələr açaraq, müxtəlif kişilərlə yazışıb, müxtəlif fotolarını, o cümlədən çılpaq şəkillərini onlara göndərib. Bununla da qızının konstitusion hüquqlarını pozub.
 
Tanışları vasitəsilə məsələdən xəbər tutan qızı dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Qadın isə ifadəsində bildirib ki, kürəkənindən xoşu gəlmədiyi üçün internetdə qızına yeni ər axtarırmış.

Xəbər 799 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR