Amsterdamda turistlərə məhdudiyyətlər tətbiq olunur

Amsterdamda turistlərə məhdudiyyətlər tətbiq olunur

Amsterdam administrasiyası üç tarixi məhəllədə turist evlərinin kirayəyə verilməsini qadağan etmək niyyətindədir.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə "VOA News” məlumat yayıb.
İyulun 1-dən qüvvəyə minməli olan qadağa Niderland paytaxtında koronavirusun yayılmasını yavaşlatmaq üçün görülən tədbirlərin tərkib hissəsidir. Belə ki, bu, göstərilən tarixdən sonra onlayn platformalarda evlərini kirayə verənlərin sayını azaltmaq cəhdidir. Məhdudiyyətlər yerli sakinlərin turistlərin onların həyat keyfiyyətlərini korladıqlarından şikayətləri ilə əlaqədardır.
Bundan əlavə, iyulun 1-dən etibarən Amsterdamda yeni qayda qüvvəyə minəcək: mənzilini kirayə verənlərin icazəsi olmalıdır. Meriya isə qadağanın əhatə etdiyi üç tarixi məhəllədə belə icazələri verməyəcək.
Xəbər 917 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR