“Amerikalılar 2019-cu ildə İranı qarışdıra bilər” – Ayətullah Xamənei

“Amerikalılar 2019-cu ildə İranı qarışdıra bilər” – Ayətullah Xamənei
  • DÜNYA

Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazırlayıb”.

"Report” "Anadolu”ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamənei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.
Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana təzyiqlərini artırıb: "ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.
Bu ilin əvvəlində Ağ Evin mətbuatda "İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamənei deyib: "Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR