AMEA: Akif Əlizadə gözündən əməliyyat olunmayıb

AMEA: Akif Əlizadə gözündən əməliyyat olunmayıb

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev AMEA prezidenti Akif Əlizadənin gözünün göyərməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Aktual.az  xəbər verir ki, Zülfüqar Fərzəliyev AzVision.az-a bildirib ki, Akif Əlizadə heç kimlə dalaşmayıb.

"Akif Əlizadə yaşlı adamdır. O, durub kimləsə dalaşmayacaq ki? Başqa bir şey də olmayıb. Sadəcə gözündə balaca qızartı vardı, bu da keçib gedib”. 

AMEA rəsmisi qeyd edib ki, Akif Əlizadə mətbuatda yazılığı kimi gözündən əməliyyat olunmayıb: 

"Hazırda vəziyyəti yaxşıdır. Yaşlı adamdır, işə maşınla gedib-gəlir. Gözü bir balaca qızarmışdı, həkimə göstərdi, dedilər ciddi problem yoxdur. Jurnalistlərə demək istəyirəm ki, narahat olmasınlar, hər şey qaydasındadır. Akif müəllimin özünə bu haqda söz deyəndə gülür”. 

Qeyd edək ki, AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası zamanı Akif Əlizadənin gözünün göyərməsi diqqətdən yayınmayıb.
 
Aktual.az
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR