Almaniyada qeydə alınmış koronavirus hallarının sayı 130 mini keçdi

Almaniyada qeydə alınmış koronavirus hallarının sayı 130 mini keçdi

Almaniyada son bir gündə 2 866 nəfər koronavirusa yoluxub.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, bunu Robert Kox İnstitutu açıqlayıb.
Beləliklə, ölkədə qeydə alınan koronavirus hallarının sayı 130 450nəfərə çatıb.
Bildirilib ki, ölənlərin sayı daha 315 nəfər artaraq 3 569-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 084 000-i ötüb. Bunların 515 090 nəfəri sağalıb, 134 669 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR