Alim Qasımovda İlhamədən danışdı - YARAŞMAZ

Alim Qasımovda İlhamədən danışdı   - YARAŞMAZ

Xalq artisti Alim Qasımov həmkarları İlhamə Quliyeva və Aygün Kazımova arasında son günlərdə yaranmış gərginliyə münasibət bildirib.

Sənətkar Ölkə.az-a açıqlamasında hər iki məşhur xanımı barışığa çağırıb:

"İlhamə Quliyeva ilə Aygün Kazımova arasında olanlardan xəbərim yoxdur. Allah bizi ona görə yaradıb ki, yüksək səviyyədə insanlıq nümunəsi, barışıq, din-iman nümunəsi kimi yaşayıb ömrümüzü başa vuraq və Onun dərgahına gedək. Ona görə millətimizin bu vəziyyətində, yüz minlərlə məcburi köçkünümüz olduğu halda, özümüz də özümüzü didib parçalamamalıyıq. Bu, bizə yaraşmır. Çünki dünya bu dəqiqə alov içindədir. Allah özü bizi qorusun. Dünyanın bu halında xalqı sülhə, mehribançılığa, əminamanlığa çağırmalıyıq. Küsənləri də sülhə çağırıram".

Əməkdaşımızın "Ehtiyac olarsa, onları barışdırmaq təşəbüsü ilə çıxış edərsinizmi" sualına sənətkarın cavabı belə olub:

"Bilirəm ki, bu sözü eşidəndən sonra özləri barışacaqlar. Onların barışığında iştirak etmək istəmirəm".

Xatırladaq ki, İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın mətbuata ünvanladığı müraciətdən sonra Aygün Kazımova sosial şəbəkədə məsələy münasibət bildirmişdi. Kazımovanın Quliyeva barədə yazdıqlarından sonra tərəflərin münasibəti gərginləşib. İ.Quliyeva A.Kazımovanı məhkəməyə verərək bir milyon təzminat tələb edəcəyini açıqlayıb.

// Aktual.az

Xəbər 9541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR