Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirildi

Ali məktəblərə qəbul imtahanlarının vaxtı dəyişdirildi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 1-də müxtəlif növ imtahanların keçirilməsi ilə bağlı dəyişiklik edib.

DİM-dən verilən məlumata görə, bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib. İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə mərkəz tərəfindən imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

- əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

- aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;         

- eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.
Xəbər 826 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR