"Ali Baş Komandanı və xalqımızı bir daha təbrik edirəm!"


"Arsak" özünü buraxdı.
 
Bununla bağlı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev "Xalq Cəbhəsi.az" saytına münasibət bildirib.
 
Aktual.az həmin açıqlamanı təqdim edir:
 
"Mən Ali Baş Komandan başda olmaqla bütün xalqmızı, əsgər və zabitlərimizi işğalçı rejimin özünü buraxması və xalqımızın işğalçı Ermənistan və onun havadarları üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə bir daha təbrik edirəm. Azərbaycan Respublikası Pezidentinin cəsarətli və müdrik qərarları, Silahlı Qüvvələrimizin şücaəti və peşəkarlığı bu tarixi qələbəni xalqımıza qazandırdı. Bu tarixi qələbə xalqımızın özünə inam hissini artırdı, torpaqlarımız uğrunda mübarizədə həyatlarını qurban vermiş bacı və qardaşlarımızın ruhunu şad, dünyada başımızı uca etdi. Dostlarımız sevindi, düşmənlər yasa batdı. Qələbə xalqımızın birliyini, potensialını dünyaya nümayiş etdirdi. Əminəm ki, Qələbəmiz xalqımızı daha böyük uğurlar əldə etməyə ruhlandıracaq, bölgəyə sülh və əməkaşlıq imaknı verəcək, Azərbaycanı dünyanın ən öndə gedən, rifah içərisində yaşayan demokratik ölkələrindən birinə çevriləcək. Allah xalqımızı qorusun!"
Xəbər 1333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR