“Ailə məktəbi” kursu təlimlərə başladı - Foto

“Ailə məktəbi” kursu təlimlərə başladı   - Foto

“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Yeni evlilik və adaptasiya” mövzusunda növbəti təlimini keçirib. Təlim 04 iyun 2016-cı ildə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi konfrans zalında təşkil edildib.


Təlim “Ər-arvadın hüquqları”, “ Ailə, İslam və mentalitet”, “ Ailədə qadın və kişinin bir-birinə ikili münasibəti” və “Ailədə gender balansının qorunması” alt mövzuları əsasında keçirilib.

Təlimi giriş sözü ilə açan “Gender Bərabərliyi” İctimai Birliyinin sədri Şəkərxanım Əliyeva layihənin donoru, məqsədi və ümumilikdə layihə haqqında qısaca məlumat verdi və əlimçilərlə auditoriyanı tanış edib. 

Daha sonra Hüquqşünas Qəribova Nərminə “Ər-arvadın hüquqları” mövzusunda çıxış edərək təlim iştirakçılarının suallarını cavablandırıb.

Ekspert Gülər Adıgözəlzadə təlimi davam etdirərək “Ailə, İslam və mentalitet” mövzusunda çıxış edərək gəncləri İslamda ailə münasibətləri və Azərbaycan cəmiyyətindəki mental dəyərlər haqqında məlumatlandırdb.

Təlimə təlimçi qismində cəlb olunan həkim Fikrət Xəlilov “Ailədə qadın və kişinin bir-birinə ikili münasibəti” mövzusunda danışdı, gənclərin suallarını cavablandırıb.

Sonda İctimai Birliyin sədri Şəkərxanım Əliyeva “Ailədə gender balansının qorunması” mövzusunda çıxış etdi. Təlim qarşılıqlı diskussiya şəklində aparılıb.

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR