Aİ Türkiyədə olan suriyalı qaçqınlara hər ay 30 avro ödəyəcək

Aİ Türkiyədə olan suriyalı qaçqınlara hər ay 30 avro ödəyəcək
  • DÜNYA

Avropa İttifaqı Türkiyə ərazisində olan suriyalı qaçqınlara hər ay 30 avro ödəmək niyyətindədir. 

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb. 

Məlumata görə, vəsait oktyabr ayından bank kartlarına köçürüləcək. Proqramın həyata keçirilməsi Türkiyə hakimiyyətinin dəstəyi ilə Qırmızı Ayparanın türk filialı və BMT-nin Dünya ərzaq proqramı tərəfindən həyata keçiriləcək.  

Humanitar yardım və böhranın idarəedilməsi üzrə Avropa komissarıXristos Stiliandidisin fikrincə, bu ödəmələr qaçqınlara “normal həyat” hissini geri qaytaracaq. 

“Bu addım böhrana cavabdır”, - o, sözlərinə əlavə edib. 

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR