Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib

Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib

"Səbail” komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb.

Bu barədə "Report”a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
38 yaşlı mütəxəssis bildirib ki, qvineya-bisaulu müdafiəçi klubun müqaviləni yeniləmək barədə təklifinə müsbət cavab verməyib.
Hacıyev deyib ki, Jarjue başqa bir komandaya keçəcəyini söyləyib: "Agenti ona başqa klub tapıb. "Səbail”lə müqaviləsi başa çatdığı üçün istədiyi yerə gedə bilər. Jarjueni növbəti mövsüm komandamızda görmək istəyirdik. Ona qalmağı təklif etmişdik”.
Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin iyul ayında "Səbail”ə transfer olunub. Paytaxt klubu Premyer Liqada 2018/2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.


Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR