ABŞ və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər

ABŞ və Rusiya liderləri Suriyaya dair birgə bəyanatla çıxış ediblər
  • DÜNYA

Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vyetnamda keçirilən Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq Təşkilatı (APEC) sammitində bir araya gələn ABŞ və Rusiya prezidentlərinin birgə bəyanatında qeyd edilib.
 
Vladimir Putinin sözçüsü Dimitri Peskov bildirib ki, liderlər sammit çərçivəsində bir araya gələrək Suriya məsələsinə dair birgə bəyanatla çıxış etməyə razılıq veriblər.
Tərəflər İŞİD terror təşkilatı ilə birgə mübarizənin davam etdirilməsi və təhlükəli halların qarşısının alınması üçün birgə əməkdaşlıq kanallarının qurulmasına dair razılığa gəliblər.
 
Bəyanatda Suriyanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi əsas prinsip olaraq qeyd edilib. Bütün tərəflər BMT-nin himayəsi altında Cenevrədə təşkil edilən sülh danışıqlarına dəvət edilib.
 
Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR