ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib

ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib

Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar və Meksika rüsum və miqrasiya ilə bağlı saziş əldə edib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"Xəbər verməyə şadam ki, Birləşmiş Ştatlar Meksika ilə razılıq əldə edib. ABŞ-ın bazar ertəsi Meksikaya qarşı planlaşdırdığı rüsum tətbiqi bununla əlaqədar olaraq qeyri-müəyyən müddətə təxirə salınıb", — deyə o bildirib.
Trampın sözlərinə görə, Meksika qanunsuz miqrasiya ilə bağlı mübarizə üçün ABŞ-la sərhəddə qəti addımlar atmağa razılıq verib.




Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR