ABŞ satdığı silahların dəyərini açıqladı

ABŞ satdığı silahların dəyərini açıqladı
  • DÜNYA

ABŞ Xarici İşlər Nazirliyi Küveyt və Səudiyyə Ərəbistanına bir milyard dollar dəyərində silah satışını təsdiqləyib.

Publika.az xəbər verir ki, ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyinin məlumatlarına görə, nazirlik yanvarın 23-də Küveytə 110 milyon dollar dəyərində 60 ədəd mərmi satışı, 400 milyon dollar dəyərində isə AH-64D tipli Apache helkopteri hissələrinin satışını təsdiqləyib.
Eyni zamanda, Səudiyyə Ərəbistanına 525 milyon dollar dəyərində 10 ədəd 74K Yaddaşlı Təhdid Qəbuletmə Sistemi, 14 ədəd Yerdə Hərəkət Halındakı Hədəf Təyinedici Radarlar, 26 ədəd Elektro-Optik Kamera və 10 ədəd Ünsiyyət Kəşfiyyat Sensoru satışı reallaşdırılıb.
Cəmi 1 milyard 35 milyon dollar dəyərində silah satışının ABŞ Konqresi tərəfindən araşdırılıb təsdiqləndikdən sonra reallaşdırılması gözlənilir.
ABŞ 2016-cı ildə Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri də daxil olmaqla, körfəz ölkələrinə 42,8 milyard dollar dəyərində silah və sursat satışı reallaşdırıb.
 
Aktual.az
Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR