ABŞ Livana hərbi yardımın verilməsini dondurub

ABŞ Livana hərbi yardımın verilməsini dondurub
  • DÜNYA

ABŞ Livana 105 milyon dollarlıq hərbi yardımın verilməsini dondurub.

"Report” İsrail KİV-inə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Evin Büdcə İdarəsi və Milli Təhlükəsizlik Şurasının Livana ediləcək hərbi yardımın dondurulması məsələsi ilə bağlı Konqresi məlumatlandırıb.
Bildirilib ki, yardım rəsmi Beyruta cari ilin may ayında vəd olunub. ABŞ Livana sərhədlərin qorunmasının təmin olunması üçün avadanlıq, o cümlədən gecəgörmə cihazları və silah verəcəyinə boyun olub. Dövlət Departamentinin nümayəndəsi Ağ Evin bu addımının səbəbini açıqlamayıb.
Qeyd edək ki, Livanın qərbyönlü baş naziri Saad Xariri istefa verib. Hazırda ölkədə etiraz aksiyaları keçirilir. 
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR