ABŞ hökuməti sərhədlərdə təhlükəsizlik tədbirlərini artıracaq

ABŞ hökuməti sərhədlərdə təhlükəsizlik tədbirlərini artıracaq
  • DÜNYA

 Fransadakı son terror hücumu ilə əlaqədar ABŞ hökuməti sərhədlərdə təhlükəsizlik tədbirlərini artıracaq.

"Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp"Twitter”dəki səhifəsində yazıb.
"Fransada daha pis bir terror hücumu. Biz sərhədlərimizdəki təhlükəsizliyi artırmaq niyyətindəyik”, - D.Tramp qeyd edib.
Dövlət başçısı həmçinin Senatda və Nümayəndələr palatasında demokratların liderləri - Çak Şumer və Nansi Palosini də Meksika sərhədində divar inşasını dəstəkləməyə çağırıb: "Çak və Nansi də sərhədlərdə əlavə təhlükəsizlik tədbirləri üçün bizə səslərini verməlidir”.
 
Aktual.az
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR