ABŞ Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaldacaq

ABŞ Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaldacaq
  • DÜNYA

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstandakı hərbçilərinin sayını iki dəfə azaltmağı planlaşdırır.

"Report” xəbər verir ki, bu barədə Pentaqondakı mənbəyə istinadən "Military.com” nəşri məlumat yayıb.
"Yanvarın 2-də ABŞ-ın hərbi məmurları əvvəlki kimi həvəssiz şəkildə qoşunların Əfqanıstandan çıxarılması planını müzakirə etdilər, lakin strategiya ilə tanış olan mənbə "Military.com”a bildirib ki, (NATO-nun Əfqanıstanakı missiyasının komandanı general Ostin Skott) Miller növbəti 8-12 ay ərzində təqribən 14 min Amerika əsgərindən 7 minini ölkədən çıxarmağı planlaşdırır”, — deyə mətdə bildirilir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Amerikanın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etmədiyini və Pentaqona müvafiq göstəriş vermədiyini bildirib.

Aktual.az
Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR